mobil versiya

Arvadı Elçin Əlibəylini döyüb, xəstəxanalıq edib? – Açıqlama



Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

Aparıcı Elçin Əlibəylinin həyat yoldaşı Dilrubə Vaqifzadə ərini döyməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

D.Vaqifzadə musavat.com-a açıqlamasında bildirib ki, bu, cütlüyə qarşı başlanmış bir kampaniyadır: “Bir həftədir ki, Elçin Əlibəyliyə qarşı kampaniyaya başlayıblar. Kampaniyaya başlayanların başında duranı bilmirik. Nə istəyirlər? Elçinin telekanaldan qovulması da yalan idi. Mən İstanbuldayam. Burda təhsil alıram. Bu haqda Elçin 3 həftə öncə verdiyi müsahibədə demişdi. O da yanıma gələcəkdi. Bu iyrənc kampaniyanın məqsədini anlaya bilmirik. İstanbulda olan qadın ərini necə döyə bilər? “

BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 19-11-2019, 21:00