Baş həkim təyinatının görünməyən tərəfi

Bir neçə gün öncə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub. Məlumatlı mənbə bildirir ki,  Tahirov Feyzi Tahir oğlu 2017-ci ilin noyabrından bu günə kimi Ağcabədi rayon Mərkəzi Xəstəxanasına rəhbərlik edən üçüncü şəxs kimi tarixə düşür. Belə ki, 2017-ci ilin noyabrında Rəhbər Əziz oğlu Əzizov Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilmişdi. Ancaq çox qısa müddət sonra vəzifəsini itirib. Rəhbər Əzizov isə bu vəzifədə Azad Hüseynovu əvəz etmişdi. Azad Hüseynov isə guya işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmişdi. Ancaq onun icra başçısı Şahin Məmmədovla soyuq münasibətlərə görə vəzifəsindən kənarlaşdırıldığını qeyd edənlər də var. Ən maraqlı məsələ isə ondan ibarətdir ki, Rəhbər Əzizov çox qısa zaman sonra səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən təyin olunduğu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən istefa verib. İddialara görə, bunun səbəbi Rəhbər Əzizovun sələfləri kimi icra başçısı Şahin Məmmədovla anlaşa bilməməsidir. Rəhbər Əzizov ötən ilin yayında vəzifəsindən istefa verdikdən sonra vakant qalan baş həkim vəzifəsini Ağcabədi rayonunda tutmaq istəyən tapılmadığına görə, bir neçə ay bu vəzifə Əli həkim tərəfindən icra olunub. İndi isə nəhayət ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına Xocavənd rayonundan olan Rəhbər Əzizovu təyin ediblər. Rəhbər Əzizovun baş həkim təyin olunduğu, prezident İlham Əliyevin 29 avqust 2013-cü ildə açılışında iştirak etdiyi Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının binasında indi acınacaqlı vəziyyət hökm sürür. Regionda ən böyük xəstəxana hesab olunan Ağcabədi Mərkəzi Rayon Xəstəxanasını 5 korpusdan ibarətdir və hətta təcili hallarda vertolyot enişi üçün məkan da mövcuddur. Prezident İlham Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında belə demişdir: “Kənardan baxıram, çox gözəl bir abidə tikilmişdir Ağcabədidə. Xəstəxana birinci növbədə Ağcabədiyə, Qarabağ torpağına layiqdir. Eyni zamanda, Azərbaycan dövlətinin qüdrətini göstərir”.

İndi isə həmin xəstəxananın binasının çox ciddi təmirə ehtiyacı var. Qeyd edək ki, Ağcabədi rayon Mərkəzi xəstəxanasının tikinti işləri “Fərid-İnşaat” Firması həyata keçirmişdir. 2012-ci ildə xəstəxananın tikintisini həyata keçirəcək şirkətin müəyyən edilməsi məqsədilə həyata keçirilən və “Fərid-İnşaat” Firmasının qalib gəldiyi tenderə 11 849 870 manat ayrılmışdı. 2013-cü ildə isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının tikintisi prosesində əlavə işlər) görülməsi ilə bağlı tenderi də “Fərid İnşaat” Firması qazanmışdı. Bu məqsədlə isə 394 087 manat büdcə vəsaiti sərf olunmuşdu.

Xəstəxananın ventilyasiya, kondisionerləşmə, mətbəx və camaşırxanasının tikinti işləri ilə bağlı tenderin qalibi isə “Teknoklima” Məhdud Məsuliyyət Cəmiyyəti qazanmışdı. Bu işlər üçün isə büdcədən 4 600 062 manat ayrılmışdı. Bu qədər büdcə vəsaitinin sərf olunduğu xəstəxana binası indi çox ciddi təmirə ehtiyacı var.  Baxmayaraq ki, ötən illərdə bu məqsədlə büdcədən müəyyən pullar da ayrılıb. Məsələn, 2014-cü ildə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının cari təmir işləri ilə bağlı 30 min manatdan artıq büdcə vəsaiti sərf olunub və bu təmir işlərini “Muğanlı-45” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirmişdi. 2015-ci ildə  isə cari təmir işlərinə 23 min manatdan artıq büdcə vəsaiti sərf olunmuşdur. Bu təmir işlərini isə “Ağcabədi Rəndə” Məhdud Məsuliyyət Cəmiyyəti həyata keçirmişdi. Əsaslı təmir işlərinə isə 52 min manatdan artıq büdcə vəsaiti sərf olunmuş və bu təmir işlərini də “Ağcabədi Rəndə” MMC-I həyata keçirib. 2016-cı ildə də Ağcabədi rayon Mərkəzi Xəstəxanasında əsaslı və təmir işlərini yenə də “Ağcabədi Rəndə” MMC-i həyata keçirib. Bu məqsədlə isə 60 min manata yaxın büdcə vəsaiti sərf olunub. Bundan sonrakı illərdə də Ağcabədi rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı və cari təmir işlərinin aparılması ilə bağlı büdcə pulları xərclənib. Eyni zamanda ötən illər ərzində yumşaq və bərk inventarların, maşın və avadanlıqların satın alınması məqsədilə külli miqdarda büdcə vəsaiti sərf olunub. Əgər dərindən araşdırılsa bu pulların hara xərcləndiyi üzə çıxa bilər. Bunun üçün isə Ağcabədi rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimləri müfaviq açıqlama verməlidirlər. Biz isə bu mövzunu daha da dərindən araşdırmağa çalışacağıq.

“Yeni Sözçü” qəzeti

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle