Baş prokurorluq ANS-lə bağlı QƏRAR VERDİ – 3 İLDƏN SONRA TAM BƏRAƏT

“Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq”. 

Reportyor.az  xəbər verir ki, bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib.

“Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!
Çingiz demişkən: “Heç kim və heç nə unudulmayacaq!””, – Vahid Mustafayev vurğulayıb.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle