Bibisi ilə analiz Ayşənin Hüseyn Dəryanın qızı olmasını təsdiqləmədi

Xəbər verdiyimiz kimi, mərhum reper Hüseyn Dəryanın qızı Ayşə “Bizimləsən” proqramına qatılıb və atasının digər övladı Cahangirdən DNT analizi istəyib.

Axşam.az-ın məlumatına görə, reperin keçmiş həyat yoldaşı Sona onun istəyindən imtina edib. Ayşə isə ilk olaraq özü bibisi ilə analizə gedərək, Dəryanın qızı olduğunu sübut etməyə çalışıb.

Aparıcı Zaur Baxşəliyev proqramda analizin cavabını açıqlayıb:

“Normalda iki valideynin iştirakı ilə keçirilməlidir. Amma ata həyatda olmadığı üçün Dəryanın bacısı Ofeliya Muradovadan nümunə götürülüb. Eyni ata və anadan dünyaya gələn uşaqların genləri eyni ola bilər, amma əminlik verilmir. Atalıq testi zamanı 15 genə baxılır. 15-i də uyğun olarsa, atalıq təsdiq olunar. Amma test zamanı 15 gendən 12-sində uyğunluq əldə edilib. Bu da imkan vermir ki, biz bəli, ata iddia edilən şəxs uşağın atasıdır və ya deyil cavabını verək. Yüz faiz nəticə əldə etmək üçün atadan gen götürmək lazımdır.

Yəni, sizin bibinizlə etdiyiniz analizin nəticəsində 3 gen təsdiqlənmədi. Ona görə də qohum olmağınız təsdiqlənmir. Cahangir də gedib analiz versə, eyni nəticə əldə ediləcək. Növbəti analizə ehtiyac var, amma Cahangirin iştirakı mütləqdir. Əgər onlarda uyğun gələrsə, bacı-qardaş olduqları təsdiqlənər. Amma Cahangirdə də eyni 15 gendən 12-si uyğun gələrsə, deməli, bacı-qardaş deyillər. Hazırda qohumluq əlaqəsinin olması və olmaması təsdiqlənmir”.

Qeyd edək ki, Dəryanın ilk evliliyindən dünyaya gələn Ayşə atasının ikinci evliliyindən doğulan Cahangirdən DNT analizi istəyib. O, Cahangirin həqiqətən Dəryanın oğlu olduğunu sübut etməsini istəyib. Cahangirin anası Sona isə bununla razılaşmayıb və analizdən imtina edib.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle