BMT Venesuela məsələsində ABŞ-a DƏSTƏK VERƏCƏK?

İlqar Vəlizadə: “Veto prinsipi nə Rusiyanın, nə də ABŞ-ın sənədinin qəbul olunmasına imkan yaratmır”

ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) Venesuelada seçki qərarının alınması, Rusiya isə Venesuelanın daxili işlərinə qarışmamaq yönündə layihə təqdim edib.
ABŞ BMT TŞ-na təqdim etdiyi layihəsində Venesuelada seçilmiş Milli Məclis sədri Xuan Quaydoya tam dəstək istəyib və ölkədə beynəlxalq müşahidəçilərin nəzarəti altında azad, ədalətli və etibarlı rəhbərlik seçkisi keçirilməsi ilə beynəlxalq humanitar yardıma çağırıb.
Rusiya isə öz layihəsində Venesuelanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiq edilməməsi və ölkənin daxili işlərinə qarışmamaq çağırışı edib.
Diplomatik mənbələr Rusiyanın ABŞ-ın layihəsini veto etməsini, Rusiyanın buna qarşı təqdim etdiyi layihəsinin isə lazım olan dəstəyi ala bilməyəcəyini deyib.

Görəsən, BMT Təhlükəsizlik Şurası ABŞ-ın, yoxsa Rusiyanın layihəsini dəstəkləyəcək?

“BMT çərçivəsində hansısa vahid sənədin qəbul olunması ilə bağlı qərar qəbul edə bilmirlər”

Картинки по запросу İlqar Vəlizadə

ABŞ-ın BMT-nin Təhlükəsizlik Şurasına Venesuelada seçki qərarının alınması, Rusiya isə Venesuelanın daxili işlərinə qarışmamaq yönündə layihə təqdim etməsi ilə bağlı politoloq İlqar Vəlizadə “Hürriyyət”ə dedi ki, BMT Təhlükəsizlik Şurası çəriçəsində qəbul olunan sənədlər kvorum şəkilində qəbul olunur: “Orada veto şərti var. Əgər Rusiya bu sənədə veto qoysa, BMT Təhlükəsizlik Şurası bu sənədi qəbul edə bilməz. Eyni zamanda Amerika da veto qoysa, onda bu qərarı həmin tale gözləyir. Yəni bu, deməyə əsas verir ki, əslində, BMT Təhlükəsizlik Şurası hazırda bu məsələ ilə bağlı qərar qəbul etmək iqtidarında deyil. Ona görə, mən düşünürəm ki, bu müzakirələr hələ də davam edəcək. Belə bir vəziyyəti Suriyada davam edən böhranla bağlı neçə dəfə görmüşük. Yəni BMT çərçivəsində aparıcı oyunçular müxtəlif mövqelərdən çıxş edərək, hansısa vahid sənədin qəbul olunması ilə bağl qərar qəbul edə bilmirlər. Bu da müəyyən dərəcədə BMT-nin mövcud geo-siyasi vəziyyətdə funksionallığının çox aşağı səviyyədə olmasından xəbər verir”.

“Amerikanı dəstəkləyənlər çox olacaq”

“BMT-nin ABŞ-ın, yoxsa Rusiyanın layihəsini dəstəkləməsi doğru olar? Yəni Venesuela ilə bağlı hansı ölkənin layihəsini ədalətli hesab edirsiniz” sualına İ. Vəlizadə belə cavab verdi:“Hər iki halda müəyyən əsaslar var. Yəni bir tərəfdən doğurdan da digər ölkənin daxili işlərinə qarışımaq prinsipi var. O mövcud prinsipdir, hamı riayət etməlidir. O biri tərəfdən də burada humanitar böhrandan söhbət gedir. İnsanlar əziyyət çəkir. Əlbəttə, müəyyən tədbirlər görülməlidir. Mən düşünürəm ki, yenə də cəm halda oyunçuları və yaxud səsəvermədə iştirak edən tərəfləri nəzərə alsaq, BMT Təhlükəsizlik Şurasında ən azı Fransa ilə İngiltərə Amerikanın mövqeyini dəstəkləyəcək. Ümumiyyətlə, BMT çərçivəsində Qərb ölkələri Amerikanın təklifinə səs verəcək. Rusiyanın tərəfini az ölkə dəstəkləyəcək. Amma onların təsiri ondan ibarətdir ki, iri dövlətlər, Çin, Rusiya ola bilər. Bəzi Asiya və Afrika dövlətləri də Rusiyaya dəstək verə bilər. Amma yenə də say etibarilə çox güman ki, Amerikanı dəstəkləyənlər çox olacaq”.

Vəlizadənin fikrincə, hər iki layihənin qəbul olunmaması ehtimalı var: “Söhbətin əvvəlinə qayıtsaq, demək lazımdır ki, veto prinsipi nə Rusiyanın, nə də ABŞ-ın sənədinin qəbul olunmasına imkan yaratmır. Çünki Təhlükəsizlik Şurası çərçivəsində ya hamı sənədi qəbul edir, ya da kimsə veto qoysa, artıq digərlərin sayı etibarsız sayılır”.

“BMT-nin qərarlarının real təsiri çox aşağıdır”

İ. Vəlizadə hesab edir ki, BMT-nin qərarı Venesuela məsələsində təsir gücünə malik deyil:“Bu, sadəcə, siyasi gedişatlardır. Oyunçular bütün vasitələrdən istifadə edirlər ki, öz mövqelərini dünya arenasında nümayiş etdirsinlər. Amma BMT-nin qərarlarının real təsiri çox aşağıdır. Demək olar ki, real təsiri olmayacaq. Məhz elə BMT çərçivəsində aparılan işləri deyirəm”.

“Təzyiq təkcə Amerikadan yox, bu ölkələrdən də gəlir”

“Əvvəl Venesuela ordusu prezident Nikolas Maduronu dəsətəkləsə də, iki gün oncə ordu da ölkədə inqilab edərək prezident postunu ələ keçirən Xuan Quaydonun müvəqqəti prezidentliyini tanıyıb. Venesuelada davam edən proseslər ABŞ-ın istəyinə çatmasına imkan verirmi” sualını isə Əlizadə belə cavablandırdı: “Bəli. Amma təkcə burada ABŞ-ın mövqeyini ön plana çəkmək kifayət etmir. Yəni Venesuelanın qonşuları da var, Braziliya, Kolumbiya kimi nüfuzlu ölkələr də qonşuluqda olan ölkələrdir. Onlar indi daha çox bu məsələdə Amerikanın mövqeyini dəstəkləyirlər. Onların da reaksiyasından çox şey asılıdır. Düşünürəm ki, təzyiq təkcə Amerikadan yox, bu ölkələrdən də gəlir. Nəzərə alsaq ki, indi həm Kolumbiyada, həm Brazilyada 3 milyon venesuelalı qaçqın yerləşir, onda demək lazımdır ki, bu məsələdə bunların səsi kifayət qədər təsirli ola bilər”.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle