Böyük Qarabağ anlaşması, yoxsa böyük müharibə… – İRƏVAN DİLEMMASI

Son ümidverici görüşlər hələ müharibə təhlükəsinin işğalçı ölkədən uzaqlaşması anlamına gəlmir; avropalı diplomat: “Ermənistan real müstəqillik istəyirsə, Azərbaycanla dil tapmalıdır…”

2019-cu ilin başa çatmaqda olan ilk ayı Qarabağla bağlı siyasi və diplomatik aktivlik baxımından məhsuldar oldu. Bu ay həm Azərbaycan və Ermənistan rəhbərləri – İlham Əliyev və Nikol Paşinyan, həm də iki ölkənin XİN başçıları – Elmar Məmmədyarov səviyyəsində görüşlər oldu. Müzakirələr saatlarla çəkdi. Xalqları sülhə hazırlamağın vacibliyi bəyan edildi.

Xüsusən də iki ölkə rəhbəri arasında Davosda reallaşan və saat yarım çəkən 3-cü qeyri-formal görüş kifayət qədər rezonans doğurdu, diqqət çəkdi və təhlil edildi. Eyni zamanda işğalçı Ermənistanın bəzi radikal siyasi və ekspert çevrələrində təlaş yaratdı, Nikol Paşinyana qarşı ittihamlara səbəb oldu.

Maraqlıdır ki, Davos Dünya İqtisadi Forumunun təşkilatçıları İlham Əliyevlə Nikol Paşinyanın 1,5 saatlıq qeyri-rəsmi görüşünü builki forumun başlıca hadisələri sırasına daxil ediblər. Bu barədə Dünya İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir. Belə ki, 2019-cu ilin Davos Forumunda dünyaya təsir edən 33 mühüm hadisənin sadalandığı siyahıya Azərbaycan və Ermənistan liderlərinin görüşü də salınıb.

*****

Azərbaycanla Ermənistan rəsmiləri arasında artan yüksək səviyyəli təmaslar Qərb təhlilçiləri və diplomatlarının da diqqətindədir. Onlar nizamlama prosesin ümidverici ola biləcəyinə inanırlar. Bununla yanaşı, sülh prosesini irəli aparmağın müstəsna olaraq Ermənistanın yeni rəhbərliyindən asılı olduğunu da vurğulamağı unutmurlar.

Məsələn, Avropa Birliyinin önəmli üzv ölkələrindən olan Polşanın Ermənistandakı keçmiş səfiri Yeji Marek Novakovskihesab edir ki, Ermənistanın Azərbaycanla dil tapmaqdan başqa yolu yoxdur (Virtualaz.org). Diplomat ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistan rəhbərlikləri arasında danışıqlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə impuls verəcək.

Yeji Marek Novakovski ile ilgili görsel sonucu

Yeji Marek Novakovski

“Vacibdir ki, Paşinyan qarabağlı deyil və problemin həllinə yanaşması tam başqadır. Bundan əlavə, Ermənistanın indiki başçısında elektoral dəstək var – əhalinin 60-65 faizi onun siyasətinin tərəfdarıdır. Bu isə o deməkdir ki, onun istənilən cür siyasi manevr üçün imkanı var. Əgər əhali arasında dəstəyi olmayacaqsa, onu da bir vaxtlar Levon Ter-Petrosyanı olduğu kimi aradan götürəcəklər. Avropada artıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardırlar”, – keçmiş səfir deyib.

Diplomat bildirib ki, “Avropa Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu heç müzakirə də olunmur”, lakin bununla birlikdə o hesab edir ki, Dağlıq Qarabağın erməni əhalisi haqqında da düşünmək lazımdır, onun haqları qorunmalıdır. “Münaqişənin elə həll düsturunu tapmaq lazımdır ki, bir tərəfdən Azərbaycan ərazi bütövlüyünü qoruyub saxlasın, digər tərəfdən Dağlıq Qarabağın erməni əhalisinin hüquqları qorunsun. Bu çox çətindir və diplomat güman edir ki, buna görə də, tərəflər siyasi iradə nümayiş etdirməlidirlər”, – deyə o qeyd edib.

Sabiq səfirin sözlərinə görə, son zamanlar prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında keçirilən bir neçə görüş çox əhəmiyyətlidir: “Onlar vasitəçi olmadan, göz-gözə danışıblar. Ümid edirəm ki, onlar maraqlarının təmas nöqtələrini tapıblar. Əgər Nikol Paşinyan və onun hökuməti doğrudan da real müstəqillik istəyirlərsə, Azərbaycanla dil tapmaqdan başqa yolları yoxdur. Eyni zamanda Avropa və ABŞ bu münaqişənin həllində fəal olmalı, məhz onlar problemin həllinin qarantına çevrilməlidirlər. Təəssüf ki, hələlik bu istiqamətdə Qərbin fəal olduğunu demək olmaz. Hələlik yalnız Rusiya burada siyasi fəallıq göstərir, Avropa isə bu məsələyə münasibətini dəyişməlidir. Avropa yalnız öz problemləri ilə məşğul olan varlı yaşlı xalaya bənzəyir. O, hətta pul da verməyə hazırdır ki, təki rahatlığı pozulmasın. Lakin belə olmaz. Əgər Avropa özünü geosiyasi vahid hesab edirsə, fəal olmağa borcludur”.

*****

Ä°lgili resim

Əslində Dağlıq Qarabağ məsələsində Rusiyanın da fəallığı hiss olunmur. Hazırda İrəvan-Moskva münasibətləri özünün gərgin dönəmlərindən birini yaşayır və bu fonda konfliktinin həllində Kremlin hansı real addımlar atacağı hələlik bəlli deyil.

Doğrudur, bəzi rus politoloqlar bu günlərdə xeyli irəli gedərək tezliklə, hətta bu yaz Azərbaycan və Ermənistan arasında hansısa anlaşmanın əldə ediləcəyi, Ermənistanın bir neçə rayonu boşaldacağı haqda açıqlamalar veriblər. Lakin belə proqnozlar Azərbaycanda birmənalı qarşılanmır və daha çox, Rusiya prezidenti Vladimir Putinlə erməni baş nazir Paşinyanın münasibətlərindəki mövcud gərginliklə izah olunur, yəni Ermənistan rəhbərliyinə təzyiq cəhdi kimi qiymətləndirilir.

İstənilən halda, Ermənistanın daxili durumunu yaxşı bilən polşalı diplomatın dediyi kimi, əgər Ermənistan real müstəqillik istəyirsə, Azərbaycanla dil tapmaqdan başqa yolu yoxdur.

“Əgər Ermənistan anlasaydı ki, Azərbaycan ərazilərinin işğaldan azad olması ilə bütün region daha çox inkişaf edəcək, Qafqazda bütün strateji infrastruktur və enerji layihələri daha da funksional olardı. Ümid edirəm ki, Ermənistan da anlayacaq ki, bu problemin həlli bütün regionun inkişafı üçün faydalıdır”. Bu sözləri isə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Mətbuat katibi vurğulayıb ki, hər iki tərəf danışıqların formatının yalnız iki rəsmi tərəfdən ? Ermənistan və Azərbaycandan ibarət olması barədə razıdır. “Rəsmi Bakının mövqeyi bu məsələdə aydındır. Danışıqlar uzun illərdir davam edir, indi konkret nəticələrə nail olmaq lazımdır. Bakı münaqişənin həlli prinsiplərini həmişə aydın ifadə edib. Dağlıq Qarabağda qeyri-qanuni yolla yaradılmış qurum dünyanın heç bir dövləti, hətta Ermənistanın özü tərəfindən belə tanınmır. Azərbaycan yalnız onun ərazi bütövlüyünə hörmət edilməsini istəyir”, – o bildirib və qeyd edib ki, münaqişənin həlli yalnız Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazilərinin işğalına son qoyulması və regiona Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsi ilə mümkündür. “İrəvanın hələ öz mövqeyinə tam aydınlıq gətirmədiyindən dərhal irəliləyişdən danışmaq tələskənlik olardı” – XİN sözçüsü əlavə edib.

*****

Bir sözlə, həmişəki kimi, “sülh, yoxsa müharibə” seçimi rəsmi İrəvanın, daha doğrusu, Ermənistanın yeni rəhbəri Nikol Paşinyanın əlindədir. O da aydındır ki, atəşkəs rejimi sonsuzadək davam etməyəcək. Dəfələrlə qeyd elədiyimiz kimi, onun sonu ya böyük sülh anlaşması olacaq, ya da böyük müharibə. Obrazlı desək, “nə qədər mamaça olsa da, güc doğana”, yəni Ermənistana düşəcək. Seçim İrəvanındır. /musavat.com/

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle