Bu gün Bakıda musiqili atəşfəşanlıq olacaq

Bu gün Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı və musiqili atəşfəşanlıq təqdim olunacaq.

Reportyor.az  xəbər verir ki, konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-brothers-S” DJ layihəsi çıxış edəcək.

Konsertin sonunda isə musiqili atəşfəşanlıq şousu olacaq. Pirotexnik şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərinin sədaları altında təqdim ediləcək.

Tədbirə giriş sərbəstdir.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle