mobil versiya

Rusiyalı turistlərin Avropaya səyahətləri bu səbəbdən azaldı



Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) bu ilin yayında Avropaya rus turist səfərlərinin 2019-cu ilin eyni dövrü ilə müqayisədə 90-95 faiz azaldığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada 2022-ci ilin birinci yarısında rusların Avropaya 1,2 milyon səfər etdiyi xatırladılıb.

Açıqlamada həmçinin Avropaya səfərlərin sayının kəskin azalmasının əsas səbəbi aviasiya sektoruna tətbiq edilən sanksiyalar və Avropa ölkələrinin Rusiya vətəndaşları üçün daha sərt viza siyasətləri göstərilib.

DÜNYA
Tarix: 13-09-2022, 10:00