mobil versiya

Zelenski yenə də rus dilində ruslara müraciət etdi - təslim olun, canınızı qurtarın



Ukrayna prezidenti Vladimri Zelenski Ukrayna və Rusiya xalqlarına müraciət edib.
Musavat.com xəbər verir k, onun yeni müraciəti bütün sosial şəbəkə platformalarında yayımlanıb.
Zelenski Rusiyada Krmelin elan etdiyi səfərbərliyi rusca ifadə ilə “mogilizasiya” (mogila-rusca qəbir deməkdir) adlandırıb. Bununla Ukrayna lideri Kremlin öz vətəndaşlarını açıq aşkar ölümə göndərdiyini ifadə edib.
“Rus komandirləri rusların həyatı ilə maraqlanmır. Onlara sadəcə olaraq ölü, yaralı, qaçan və ya əsir düşən rus əsgərlərinin buraxdığı boş yerləri doldurmaq lazımdır. Bu yerləri kim dolduracaq, sizin hökumətin vecinə deyil. İstər ömür boyu hərbi xidmətdə olmayan etməyən gənc İT mütəxəssisi, istərsə də yalnız Sovet ordusunda xidmət edən qoca pensiyaçılar....
Sizin üçün əsas məqam artıq gəlib: hazırda həyatınızın bitib-biçməyəcəyinə qərar verilir.Çağırış vərəqəsini almamaq, yad ölkədə hərbi cinayətkar kimi ölməkdən yaxşıdır. Cinayətkar səfərbərlikdən qaçmaq şikəst qalmaqdan, aqressiv müharibədə iştiraka görə məhkəmə qarşısında cavab verməkdən yaxşıdır. Ukrayna əsirliyinə təslim olmaq silahlarımızın zərbələri altında ölməkdən yaxşıdır”,-deyə Zelenski bildirib.
Ukrayna rəhbəri könüllü təslim olan bütün rus hərbçilərinə onlarla beynəlxalqkonvensiyalara uyğun olaraq humanist davranılacağını, hansı şəraitdə əsir düşdükləri barədə məlumatları açıqlamayacaqlarını vəd edib.
Musavat.com

DÜNYA
Tarix: 25-09-2022, 14:45