“Erməniləri Qarabağ problemi az maraqlandırır” – Gallup

Amerikanın “Gallup İnternational Association” tədqiqat şirkətinin Ermənistan vətəndaşları arasında apardığı sorğuda ölkənin daha vacib problemləri aydınlaşdırılıb.

Reportyor.az xəbər verir ki, sorğu nəticəsində məlum olub ki, Ermənistan vətəndaşlarının 45%-i ölkə üçün əsas problemin işsizlik olduğunu söyləyir. Yerdə qalan opponentlər, yəni 40,5% vətəndaş ölkənin iqtisadi durumunu önə çəkib. Rəyi soruşulanların 26,8% aşağı pensiya və əməkhaqlarını Ermənistanın əsas problemi adlandırıb.

Sorğu iştirakçıları yalnız bu problemlərdən sonra Dağlıq Qarabağ münaqişəsini ölkə üçün 4-cü yerdə duran problem kimi qeyd ediblər. Rəyi soruşulanların yalnız – 26,1%-i Dağlıq Qarabağ münaqişəsini Ermənistan üçün əsas problem olaraq görüb.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle