Faiq Ağayev: “Flora İlhamə ilə olan dostluğumu qəbul etmirdi”

Xalq artisti Faiq Ağayev həmkarı Flora Kərimova ilə olan qalmaqalından danışıb.

Reportyor.az xəbər verir ki, “MTV Azərbaycan” kanalında yayımlanan “Söhbətsiz” proqramına danışan ifaçı Samir Bayramlının suallarını cavablandırıb.

“O, mənə İlhamə Quliyeva ilə olan dostluğumu bağışlaya bilmirdi. Mən nə Aygün Kazımova, nə də Samir Bağırovla danışırdım. Flora Kərimova isə hər ikisi ilə ünsiyyətdə idi. Ona heç bir şərt qoymurdum. Ona söylədim ki, niyə siz danışmadğım insanlarla ünsiyyət quranda, onları evinizə qonaq çağıranda heç bir irad bildirmirdim. İlhamə xanım da təsdiqləyirdi ki, heç vaxt onun yanında Flora xanımın namını verdim, eynilə də digərində. Aramıza şeytan girdi. Bizim aramızı vuran adam olmayıb” deyə, ifaçı küsülülüklərinin səbəbini açıqlayıb.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle