Rusiya dünyanı nüvə bombası ilə TƏHDİD EDİR

Ramil Məmmədli: “Son vaxtlar rusiyalı politoloqlar və hərbi ekspertlərin açıqlamaları sərtləşib, açıq təhdid formasını alıb”

“Putin hakimiyyəti bütün vasitələrdən, hərbi rıçaqlardan istifadə edərək Rusiyanın hazırkı formatını saxlamağa çalışır”

Dünyanın ən böyük nüvə dövləti olan Rusiya dara düşən kimi, daha dəqiq desək, Qərbin iqtisadi və siyasi təzyiqləri ilə üzləşdikdə dəhral atom bombasından bir təhdid vasitəsi kimi istifadə edir. Məsələn, Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının prezidentinin müavini, hərbi ekspert Konstantin Sivkov “Hərbi Sənaye Kuryeri” jurnalında dərc olunan məqaləsində, Kremlin təhlükə hiss etdiyi anda nüvə silahından istifadə edəcəyini bəyan edib. Bununla bağlı axar.az-da yer alan informasiyaya görə, Sivkov bildirib ki, Rusiya Hərbi Hava Qüvvələrinin hərbi texnikası təchizatı və sayına görə NATO qüvvələrinə yalnız üçüncü ölkə ərazisindəki lokal konflikt şəraitində uğurlu müqavimət göstərmək iqtidarındadır.

“Lokal müharibə şəraitində NATO 2500 təyyarəyə, 1500 vertolyota və 600 pilotsuz uçan aparata qədər qüvvələr qruplaşması yarada bilər. Alyans həmçinin bu konfliktdə 2000 qanadlı raket tətbiq etmək iqtidarındadır. Belə qüvvələr 2-3 həftədən 2 aya qədər hava kampaniyası, eləcə də genişmiqyaslı hava hücum əməliyyatı həyata keçirmək gücünə sahibdir” deyən hərbi ekspertin sözlərinə görə, Rusiya hazırda yüngül qırıcılar, uzaq məsafəli təyyarələr və kəşfiyyat aviasiyası, nəqliyyat vertolyotları baxımından çətinlik çəkir. O, qlobal müharibə yaşanacağı halda Rusiyanın NATO-ya alyansın çoxsaylı təyyarələri, vertolyotları ucbatından uzun müddət müqavimət göstərə bilməyəcəyini deyib. Sivkov belə olan halda Rusiyanın yardımına böyük nüvə silahı arsenalının gələcəyini qeyd edib. Belə ki, o, ordunun dağılması, suverenliyin itirilməsi və ərazi bütövlüyünün pozulması təhdidi yaranacağı halda Rusiyanın nüvə silahından istifadə edəcəyini iddia edib.

Putin super silahları ilə Qərbə meydan oxuyur

Bu arada, onu da nəzərinizə çatdıraq ki, Rusiya prezidenti Vladimir Putin ötən gün Federal məclis qarşısında ənənəvi illik proqram çıxışı zamanı dünyanı qorxulu silahlarla təhdid edib. Yeni rus silahını Yerin ilk süni peykinin kosmosa buraxılması hadisəsi ilə müqayisə edən Putin yalnız raket komplekslərini deyil, o raketlərə “vur” əmri verən mərkəzləri də vura biləcəklərini açıqlayıb: “Hələ bu yaxınlara qədər çoxlarına elə gəlirdi ki, Rusiya müdafiə sahəsində dönüş edə bilməz. Lakin biz bunu etdik, o cümlədən tamamilə gənc insanların sayəsində. Super silahların necə hazırlanmasına dair detallardan məlumatlıyıq. Məsələn, hipersəs sürətli “Avanqard” döyüş blokunun yaradılması öz əhəmiyyətinə görə Yerin ilk süni peykinin kosmosa buraxılması hadisəsi ilə müqayisə oluna bilər”. Eyni zamanda, Rusiya prezidenti qeyd edib ki, daha bir yenilik sürətli 9 Max-dan çox olan “Tsirkon” hipersəs raketidir ki, o 1000 kilometrə qədər uça bilir. Yerüstü və suüstü platformalardan tətbiq edilə bilər: “Bununla bağlı mühüm məqamı qeyd etmək istəyirəm-artıq bu ilin yazında “Poseydon” kompleksinin daşıyıcısı olan ilk sualtı qayıq suya buraxılacaq. İşlər plan üzrə gedir”.

“Bunun əsas səbəbi ABŞ-ın bugünlərdə yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxacağı ilə bağlıdır”

Картинки по запросу Ramil Məmmədli

Beləliklə, mövzu ilə bağlı mövqeyini “Hürriyyət”lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirdi ki, son vaxtlar rusiyalı politoloqların, o cümlədən hərbi ekspertlərin açıqlamaları bir qədər sərtləşib, açıq təhdid formasını alıb. Onun sözlərinə görə, bunun əsas səbəbi ABŞ-ın bugünlərdə yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxacağı ilə bağlıdır: “Təbii ki, bu, Rusiyanın ciddi narazılığına səbəb olub. Bundan başqa, rusiyalı politoloq və hərbi ekspertlərin təhdid xarakterli açıqlamalarının digər səbəbi isə Venesuelada yaşanan olaylar, həmçinin Ukraynanın silahlanması ilə bağlı verilən qərarlarla bağlıdır. Əslində, Rusiyanın suverenliyi ilə bağlı deyilən fikirlərin analoji variantları 70-80-ci illərdə SSRİ hakimiyyət nümayəndələri, sovet imperiyasının maraqlarına xidmət edən hərbi ekspert və politoloqlar tərəfindən dəfələrlə səsləndirilib. Lakin Avropa və ABŞ-a yönələn bütün təhdidlərə baxmayaraq, SSRİ öz mövcudluğunu saxlaya bilmədi. Belə ki, iqtisadi və siyasi problemlər SSRİ-ni parçaladı. Fikrimcə, bu gün Rusiya rəsmiləri, politoloqları bu kimi çıxışlar etməklə düşünürlər ki, bu, Rusiyanın parçalanmasının, siyasi fikir ayrılığının, respublikalar arasında mərkəzə qarşı yönələn narazılıqların artmasının qarşısını alacaq. Halbuki bu, tamamilə yanlış fikirdir. Çünki artıq 21-ci əsrdə Rusiyanın mövcud formatda saxlanılması getdikcə çətinləşir. Şübhəsiz ki, Putin hakimiyyəti bütün vasitələrdən, hərbi rıçaqlardan istifadə edərək Rusiyanın hazırkı formatını saxlamağa çalışır. Ancaq Qərbə yönələn bu cür təhdidedici çıxışlar da Rusiyanın monolitliyinin qorunub saxlanılmasına yetərli deyil”.

“Rusiyalı politoloqlar və hərbi ekspertlərin səsləndirdiyi fikirlər yalnız postsovet respublikalarına, o cümlədən yaxın Avropa ölkələrinə yönəlib”

Kremlin baş verə biləcək hadisələr zamanı nüvə silahından istifadə etməyəcəyinə tam əmin olduğunu deyən hərbi-siyasi icmalçının qənaətincə, siyasi və iqtisadi vəziyyət Rusiya Silahlı Qüvvələrinin nüvə silahından ölkənin qorunub saxlanılması üçün istifadə etməsinə imkan verməyəcək: “Fakt oldur ki, bu proseslər 80-ci illərin sonunda gözümüzün qarşısında baş verib. Belə ki, SSRİ Avropa və ABŞ-dan istiqamətlənən ideoloji, iqtisadi təsirlər nəticəsində parçalanma prosesinə başladı. Və bu zaman SSRİ həmin ideologiyanı ixrac edən ölkəyə qarşı heç bir silahından istifadə edə bilmədi. Əksinə, sovet hərbi texnologiyası əlindən çıxdı, Avropa dövlətləri tərəfindən alındı. Bu gün də Rusiyanı qarşıda gözləyən proseslər zamanı Kreml heç bir halda nüvə silahından istifadə etmək imkanında olmayacaq. Hesab edirəm ki, nəinki nüvə silahından, hətta hazırda region ölkələrini, eyni zamanda ümumilikdə dünyanı təhdid etmək üçün davamlı olaraq təlim mərkəzlərində nümayiş etdirdiyi “yer-yer” tipli uzaqmənzilli raketlərdən də istifadə etmək imkanında olmayacaq. Çünki proseslər daha çox ideoloji və iqtisadi təsir imkanları vasitəsi ilə həyata keçirilir. Bu baxımdan, rusiyalı politoloqlar və hərbi ekspertlərin səsləndirdiyi bu tip fikirlər yalnız postsovet respublikalarına, o cümlədən yaxın Avropa ölkələrinə yönəlib. Təbii ki, bu da onları təhdid etmək məqsədi daşıyır”.

Nüvə silahı ilə təhdid etmək gərginliyinin ötən əsrin 60-70-ci illərində qaldığını vurğulayan Ramil Məmmədli bildirdi ki, bu gün “Atom bombasından istifadə edərək sizi darmadağın edərəm” kimi hədələyici fikirlər artıq öz effektini itirib: “Bu baxlmdan, hesab edirəm ki, Kremldən təlimatlandırılan rusiyalı politoloqların bu fikirləri keçən əsrin ortalarından qalan taktikalardır. Lakin bu gün bu, keçərli deyil. Odur ki, rusiyalı hərbi ekspert Konstantin Sivkovun nüvə silahından istifadə ilə bağlı səsləndirdiyi fikirlər heç cür inandırıcı deyil. Bu, sadəcə, Putin hakimiyyətinin növbəti manevridir”.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle