Gəncədə icra başçısının müavini müharibə veteranını döyüb? – RƏSMİ AÇIQLAMA

Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri Mikayıl Zeynalovun Qarabağ qazisi Fizulu Hüseynovu döydüyü iddia olunur. Sosial şəbəkələrdə gedən müzakirələrdə insidentin icra başçısı Niyazi Bayramovun vətəndaş qəbulu zamanı baş verdiyi bildirilib.

Reportyor.az  xəbər verir ki, məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov Modern.az-a açıqlamasında deyib ki, Fizulu Hüseynov Qarabağ əlili yox, Qarabağ müharibəsi iştirakçısıdır:
“O, Qarabağ müharibəsi iştirakçısı vəsiqəsini də 1 ildir məhkəmə yolu ilə əldə edib. Özünü Qarabağ əlili adlandırır, amma Kəpəz Rayon Məhkəməsi onun Qarabağ müharibəsi iştirakçısı olduğunu təsdiqləyib. Ev istəyir, evin damının örtülməsi üçün 8 min manat istəyir. Ona bildirilib ki, İcra Hakimiyyətində vətəndaşların ev tikintisi üçün vəsait ayrılmır. Qərarla razılaşmayanda da bax bu cür iftiraya əl atıb”.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle