General gürcü polis rəisi ilə sərhəddə görüşdü – DSX açıqlama yaydı

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi gö­rüşü ke­çirilib.

Reportyor.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələ­rinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymət­ləndirib, Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud mü­nasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle