Gürcülər bir rusu həbs edib ABŞ-a verdilər – Rusiya ayaqda

Rusiyada yaşayan gənc internet üzərindən F-16 qırıcılarının təlimatlarını satın aldığı üçün Gürcüstanda həbs edilərək Vaşinqtona aparılıb.

Reportyor.az xəbər verir ki, Oleq Tişçenko internetlə texaslı bir amerikalından F-16 qırıcı təyyarələri ilə əlaqəli kitab alıb.

Əsasən oyun assimilyasiyası üzərində araşdırma aparan rus gənc işinin böyük qismini internetlə həyata keçirib.

ABŞ-ın internet izləmə dairəsinə düşən Oleq Tişçenko uzun müddət təqib olunub. F-16 qırıcıları ilə bağlı 2011-ci ildə araşdırmalara başlayan Oleq son olaraq Gürcüstanda bir rəqs tədbirinə qatılıb. Burada həbs edilib, bir neçə gün nəzarətdə saxlanılıb. Daha sonra ABŞ-ın tələbi ilə Amerikaya ekstradisiya olunub.

Rusiya bu hadisəni yaxından izləyir və Oleq Tişçenkonun müdafiəsini təmin etmək üçün vəkil Aleksandr Aqranovskini təlimatlandırıb.

Oleq ABŞ-ın təhlükəsizliyini təhdid edən fəaliyyəti, beynəlxalq silah qaçaqmalçılığı, texnoloji bilgilər xarici ölkələrə satmaqda ittiham olunaraq haqqında 15 il həbs cəzası verilməsi istənilir.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle