Gürcüstanın Azərbaycanla sərhəddəki planı…

Gürcüstan hökuməti Azərbaycanla sərhəddə yerləşən Saqareco rayonunun Udabno kəndində ictimai mərkəz tikərək istifadəyə verib.

Reportyor.az  xəbər verir ki, ölkənin Baş naziri Mamuka Baxtadze fevralın 13-də mərkəzin açılışını edib.

M.Baxtadze çıxışında bildirib ki, bölgələrin bərabər inkişafı hökumətin əsas prioritetlərindən biridir. Bu cür ictimai mərkəz istənilən kənd üçün çox faydalıdır. Bu cür mərkəzlərin yaradılmasının əsas məqsədi bölgə əhalisinin bütün lazımi xidmətlərdən yararlanmasına şərait yaratmaqdır. Mərkəz kənddə 200-dən çox dövlət xidməti göstərəcək.

Baş nazir bölgələrdə turizmin inkişafının da vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan ilə həmsərhəd olan Udabno kəndi turizm üçün çox əlverişlidir.

O deyib: “David Qareci məbəd kompleksi (Keşikçi dağı məbədi– red.) hər bir gürcü və xristian üçün unikal abidədir və Udabno kəndinin unikal turizm məkanına çevrilməsinə səbəb olub. Təəssüflər olsun ki, infrastruktur baxımından kənddə müəyyən çatışmazlıqlar olub. Bir neçə il əvvəl kəndin su təminatı layihəsi başa çatdırılıb. Qısa vaxt ərzində Udabnoda avtomagistralın çəkilməsi ilə bağlı işlər aparılacaq”.

Ədliyyə naziri Tea Tsulukiani bildirib ki, Udabno kəndində ictimai mərkəzin tikilməsi barədə qərar bir neçə amilin nəzərə alınması ilə qəbul olunub. Bu kənd Gürcüstan və Azərbaycan arasında dövlət sərhədi boyunda yerləşir, etnik azlıqlar və ekomiqrantlarla məskunlaşıb və turistik baxımından cəlbedici zonadır. Bununla yanaşı, Udabno kəndi David Qareci məbəd kompleksinin yaxınlığında yerləşir. Bu da turizmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.\\Kult.az

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle