mobil versiya

"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb



İspaniyanın "Barselona" klubu "Atletik"in futbolçusu İniqo Martineslə anlaşıb.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 2023-cü ilin yayında 31 yaşlı müdafiəçi ilə müqavilə imzalayacaq.
İspaniyalı oyunçu azad agent kimi "Barselona"ya keçəcək.

Qeyd edək ki, İniqo Martines 2018-ci ildən "Atletik"də çıxış edir.

İDMAN
Tarix: 23-09-2022, 10:00