mobil versiya

Bakıda avtobus sürücüsü döyüldü



Bakıda marşrut avtobusuna hücum olub.  APA xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. 114 saylı marşrut avtobusuna hücum edən iki naməlum şəxs şüşələri sındırıb, sürücü, 1984-cü il təvəllüdlü Fuad Aslanovu döyüblər.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.


HADİSƏ / CƏMİYYƏT
Tarix: 15-08-2019, 18:51