mobil versiya

Hindistan və Pakistan ordusu arasında atışma - 8 ƏSGƏR ÖLDÜ


Kəşmir nəzarət xəttində Pakistan və Hindistan ordusu arasında atışma olub.
Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin mətbuat katibi general mayor Asif Qafur “Twitter” səhifəsində məlumat verib.
Atışma nəticəsində 3 Pakistan əsgəri və 5 Hindistan əsgəri həlak olub.
A.Qafur gün ərzində mütəmadi olaraq atışmanın davam etdiyini qeyd edib.

MANŞET / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 15-08-2019, 19:28