mobil versiya

Xaçmazda ağır qəza - 1 nəfər öldü


Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində əks istiqamətlə hərəkət edən iki minik avtomobili toqquşub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza zamanı Quba rayonu, Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri – 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov, 37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov və 26 yaşlı Sadıq Sarvan oğlu İskəndərov müxtəlif bədən xəsarətləri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Qəzada ağır yaralanmış Elman Babayevin isə həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanada hazırda yalnız Xəzər Ələkbərovun (sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki dirsək sümüyünün sınığı, çənənin əzilmiş cırılmış yarası) qaldığı bildirilir.

HADİSƏ / ÖLKƏ
Tarix: 16-08-2019, 09:08