mobil versiya

Qırğızıstan məhkəməsi Atambayevi həbsdə saxladı


Qırğızıstanın Bişkek şəhər məhkəməsi sabiq prezident Almazbek Atambayev haqqında həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.
Trend-in məlumatına görə, A.Atambayev avqustun 26-dək həbsdə qalacaq.
Bundan əvvəl, Bişkek Pervomaysk rayon məhkəməsi eyni hökmü vermişdi.
Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb.
Avqustun 8-i A.Atambayev saxlanılıb. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.

DÜNYA
Tarix: 16-08-2019, 16:19