Bakının Pirallahı rayonunda piyadanı avtomobil vurub


Bakının Pirallahı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, minik avtomobili 1976-cı il təvəllüdlü Nəsibova Səbinə Rastislavovnanı vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Xəhər Klinik Xəstəxanasına çatdırılıb.

S.Nəsibovaya baldır sümüklərinin sınığı, qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

KARUSEL / HADİSƏ / ÖLKƏ
Baxılıb: 22 Tarix: 18-09-2019, 00:02
Şərh bildir
yenilə, əgər kod görünmürsə