mobil versiya

Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar saxlanıldı



Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar saxlanılıb.

“Hürriyyet” xəbər verir ki, hadisə Kocaelinin İzmit bölgəsində baş verib.

Əldə olunan məlumata görə, oradakı binalardan birində fahişəliklə məşğul olan qadınlar uzun müddət izlənildikdən sonra polis tərəfindən saxlanılıblar.

Hər iki qadının Türkiyə vətəndaşı, ancaq əslən azərbaycanlı olduqları aydın olub.

İlkin dindirmələr zamanı qadınlar əməllərini etiraf edərək, müştərini sosial media vasitəsilə tapdıqlarını bildiriblər.

Saxlanılan fahişələr dindirildikdən sonra sərbəst buraxılıblar.


KARUSEL / HADİSƏ
Tarix: 21-09-2019, 10:00