mobil versiya

Azərbaycanda kütləvi dava - Tərəfləri ayıran kişinin qulağını kəsdilər - FOTO



Şamaxıda kütləvi dava olub.

Reportyor.az “oxu.az”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Sabir qəsəbəsində qeydə alınıb.

Mübahisə zamanı bir qrup şəxs arasında düşən davada qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əzimov Cavanşir Əlməmməd oğlu bıçaqlanıb.



C.Əzimov tərəfləri ayrımağa çalışarkən bıçaq zərbəsi onun üzündən qulağınadək olan hissəsi kəsilib.

O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib. Vəziyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 21-09-2019, 18:07