mobil versiya

İran Rusiyaya 40 qaz turbini tədarük edəcək


İran müvafiq müqavilə çərçivəsində Rusiyaya 40 qaz turbini tədarük edəcək.
Bu barədə bazar günü İranın Qaz Mühəndisliyi Şirkətinin (IGEDC) icraçı direktoru Reza Noşədi bildirib.
“Qaz sənayesinin işləməsi üçün lazım olan avadanlıq və qurğuların 85%-i İranda istehsal olunur. Bu səbəbdən də, biz Rusiya ilə 40 qaz turbininin tədarükünə dair müqavilə imzalamışıq”, - deyə o, bildirib.
Xatırladaq ki, bir müddət öncə İranın neft naziri Cavad Ouci Rusiya və İran arasında neft-qaz sənayesi üzrə 40 milyard dollardan çox sövdələşmələr bağlandığını elan etmişdi.
Mənbə: TASS

İQTİSADİYYAT
Tarix: 24-10-2022, 11:57