İrəvan yenə qarışdı, etirazçılar yolu bağladı: “Nikolu tələb edirik!” – FOTOLAR

“Spayka” şirkətinin əməkdaşları Yerevanın mərkəzində Tiqran Mets prospektini bağlayıblar.

Reportyor.az  xəbər verir ki, onlar şirkətin direktoru Davdi Kazaryanın həbsinə etiraz edirlər.

Məhkəmənin qarşısında etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Asayiş keşikçiləri D.Kazaryanın olduğu avtomobilin çıxmasına şərait yaratmağa cəhd etsələr də, nümayişçilər mane olmağa çalışıb, hətta maşına zərbələr endiriblər.

Aksiya iştirakçıları “Nikolu (baş nazir Nikol Paşinyan – red.) tələb edirik!” “Sona qədər mübarizə!” şüarları səsləndirirlər.

Qeyd edək ki, Yerevan şəhər məhkəməsi D.Kazaryanın iki ay azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Ona qarşı vergidən yayınma ittihamı irəli sürülüb.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle