İSRAİL YƏHUDİLƏRİNİ QAÇILMAZ MƏHVƏ APARAN İKİ FACİƏ

Roqel Alper

Haaretz (İsrail)

 

Fəlakətdən (Holokost nəzərdə tutulur-red.) sonra (repatriantların İsrailə) qayıdışı haqda qanunu yəhudilərin həyatını xilas etmək üçün müsbət və haqlı üsul kimi qəbul etmək olardı. Bu qanun 2019-cu ildə intihara çevrilib. Aydın olur ki, İsrail iki paralel yolla tam sürətlə özünü dağıtmağa doğru gedir.

Birinci yol – İsrailin işğala son qoymaqdan və Fələstin dövlətini yaratmaqdan imtina edərək öz əliylə qurduğu ikimillətli dövlətdir ki, bu da İsrail üçün vətəndaş savaşıyla qurtara bilər.

İkinci yol – sıxlıqdan ölümdür.

Merav Arlozorovun fevralın 6-da dərc etdiyi qorxunc məlumatlara görə, İsraili artıq indidən əziyyət çəkdiyi müdhiş sıxlıq – yollarda, siniflərdə və xəstəxanalarda – inkişaf etmiş ölkələr içində ən böyüyüdür. İsrail vətəndaşları bunu öz dərilərində hər gün duyurlar.

İsrail hər 1 kv.km-ə düşən əhalinin sıxlığına görə inkişaf etmiş ölkələr içində üçüncü yerdədir və 2035-ci ilə doğru bunların ən sıxı olacaq. Söhbət doğuşun dəhşətli yüksək səviyyəsi ilə xırdaca bir dövlətdən gedir. Bizim əhali inkiaf etmiş ölkələrdəki 0,5%-lə müqayisədə ildə 2 faiz sürətlə artıb. Bu, Üçüncü dünya ölkələri üçün xarakterik olan təbii artımdır.

İsrail 2065-ci ilədək dünyanın 180 ölkəsi arasında Banqladeş istisna olmaqla əhalisi ən sıx dövlət olacaq.Yaşayışın səviyyəsi və keyfiyyəti tamamilə geri gedəcək. Proqnozu ciddi nəzərə almaq tövsiyə olunur: yuxarıda sözügedən iki özünüməhv yolunun indiki tendensiyalarında kəskin dəyişiklik baş verməsə, uşaqlarımız 46 ildən sonra aparteid, irqçilik və dini fundamentalizmin hər iki tərəfdən iliyə işlədiyi, həm də dünyanın iş olmayan (həm də, görünür, bu, ən yandırıcı problem olmayacaq), əhalicə ikinci ən sıx dövləti olacaq ikimillətli dövlətdə yaşayacaqlar.

Sıxlığın səbəbi yəhudilərin əndazəsiz vətənsevərliyi olub. Ərəblərin və druzların doğuş səviyyəsində son onillikdə güclü tənəzzül başlanıb. Yəhudilərin fanatik millətçiliyi bütün bu dövləti əzəcək. Buradakı yəhudilər övlad törədirlər, çünki bu, yaxşı yəhudi olmaqdan ötrü Tanrı və/və ya vətənsevərlik ehkamıdır. Başlıcası, onlar hər şeydən qabaq yəhudi və yalnız sonra şəxsi ehtiraslarıyla insan olmaqdan çıxış edərək övlad törədirlər. Nəticədə İsrail Dövlətinin axırına çıxır, nə yedirtmək, nə də saxlamaq iqtidarında olduqları insan axınında batırırlar. Bu iqtisadi və ekoloji fəlakət artıq yaxındadır. İsrail beyni yuyulmuş, onu sevgi və imperiya səylərinin bolluğundan öldürən  vətəndaşların yardımıyla intihar edir.

Təsəvvür edin ki, bütün dünya üzrə milyonlarla yəhudi qayıdış haqda qanun üzrə öz hüquqlarından faydalanıb və İsrailə dönüblər – Benyamin Netanyahu və Naftali Bennet onları buna təhrik edirlər. Nəticədə İsrail daha güclü deyil, lap zəif olardı. Ölümcül sıxlığın qaranlıq cəhənnəmi yüz dəfə böyüyərdi. Xilaskarlığa mübtəla olanların sərsəm illüziyalarına baxmayaraq, bütün yəhudilərin Siona yığılması Tanrının məxluqlarını heç cür İsrailin hökmranlığına yaxınlaşıdrmaz, əzablı ölümünə səbəb olardı. Başqa sözlə, İsrail fiziki baxımdan dünyanın bütün yəhudiləri üçün yurd olmaq iqtidarında deyil. Bu gün burada yaşayanlar üçün ölüm-zülüm yurd olmağa halı var.

Uca Tanrı var olsaydı, hesabda heç vaxt belə təməl yanlışlığa yol verməzdi. Allah bilsin, onlar bilsin, yəhudilər əzbərləyiblər ki, sülh bağlamaq üçün tərəfdaş yoxdur. Məsələ bundadır ki, doğuş və qayıdış haqda qanun vasitəsilə kütləvi intiharın dayandırılması üzrə onların özlərini tərəfdaş saymaq olarmı.

Tərcümə Strateq.az-ındır.

Shares