İSTANBULU TƏKRAR SEÇKİDƏ KİM QAZANACAQ?

“Əkrəm İmamoğlu təkarar seçkiyə buraxılmaya bilər”

Elxan Şahinoğlu: “AKP-nin namizədinin Binəli Yıldırım olacağı haqqında fikir söyləmək çətindir”

Məhəmməd Əsədullazadə: “İstanbulda seçkilərin nəticələrinin ləğv edilməsi AKP-nin növbəti seçkilərdə məğlubiyyətinə səbəb ola bilər”

Şahin Cəfərli: “Ərdoğanın türk toplumunu kəskin şəkildə qütbləşdirən siyasəti kürdləri Türkiyə siyasətində həlledici faktora çevirib”

Natiq Cəfərli: “Türkiyədə sistem şəxsə görə ayarlanıb ki, bu da problemlidir, institutları zəiflədir, şəxsi önə çıxarır”

Fərhad Mehdiyev: “Ərdoğan növbəti seçkidə daha böyük məğlubiyyətə məruz qalacaq, ya da ölkəni vətəndaş müharibəsinə götürəcək”

Vüqar Bayramov: “Seçkilərin nəticələrinin ləğv edilməsi qardaş ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək”

Zeynal Əmrəliyev: “AKP daxilindəki bəzi qüvvələr Əkrəm İmamoğlunu seçkiyə buraxmamaq barədə çağırışlar edir”

Türkiyə Ali Seçki Komissiyasının (YSK) mayın 6-da baş tutan fövqəladə toplantısı zamanı martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi və yenilənməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, seçkinin nəticələrinə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 4 milyon 169 min 765 səs, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım isə 4 milyon 156 min 36 səs toplayıb. Bununla da İstanbul Böyükşəhər Bələdiyyəsi sədri postunu qazanan İmamoğlu aprelin 17-də vəzifəsinin icrasına başlayıb. Lakin YSK-nın sözügedən qərarından sonra onun bələdiyyə sədrliyi mandatı ləğv olunub. Odur ki, İstanbul seçiciləri iyunun 23-də yenidən öz bələdiyyə sədrini seçəcək.

Söz yox ki, YSK-nın məlum qərarı həm Türkiyə, həm də dünya gündəmini zəbt edib. Məsələn, ABŞ-ın nüfuzlu qəzetlərindən olan “New York Times” yazır ki, Ali Seçki Komissiyasının İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyi seçkilərini yeniləmə qərarı Türkiyədə xaosun yaranmasına səbəb ola bilər. Sosial qarışıqlıq və yeni iqtisadi böhran ehtimalının artdığını vurğulayan qəzetin iddiasına görə, ölkənin ən böyük şəhəri və ticarət mərkəzi olan İstanbul üçün bənzəri görülməmiş mübarizə olacaq.

Bu arada, seçkiləri milyonlarla insanın alın təri ilə qazandıqlarını, qalib gəldikləri seçkinin əllərindən almağa, haqlarının qəsb edilməyə çalışıldığını deyən Əkrəm İmamoğlu YSK-nı xəyanətdə ittiham edib. CHP sədri Kamal Kılıçdaroğlu isə çox gözəl hadisələrin olacağını bəyan edib: “Kimsə narahat olmasın. Bu ölkəyə demokratiyanı gətirəcəyik. Mübarizəmiz demokratiya üçün olacaq”. 15 min seçicinin iradəsinin qəsb edilməsinin yolverilməz olduğunu qeyd edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə AKP-nin parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib ki, əgər aradakı fərq yarıbayarı olsaydı, məsələ bu yerə qədər gəlməzdi: “Sadəcə ləğv edilən etibarsız bülletenlərin sayılması zamanı fərqin azalması bizi şübhələndirdi. Bununla İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə iyunun 23-də təkrar seçkilərin keçirilməsi barədə qərar qəbul edilib. Bu müddətdə fəaliyyət göstərərək seçkini qazanmağa çalışacağıq”.

“YSK-nın qərarı Türkiyədə gələcək seçkilərdə istənilən nəticənin şübhə altına alınmasına şərait yaradacaq”

Картинки по запросу Elxan Şahinoğlu

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Türkiyə yenidən seçkinin keçiriləcəyi tarixə, yəni 23 iyuna qədər kəskin siyasi mübarizə dövrünə qədəm qoyacaq:“Halbuki, cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan özü demişdi ki, seçki arxada qaldı, növbəti 4 il yarımda ölkədə seçki olmayacaq, problemlərin həlli ilə məşğul olmaq lazımdır və bu mənada “Türkiyə ittifaqına” ehtiyac var. “Türkiyə ittifaqı” ən azı bir ay təxirə salınır. Hakim Ədalət və İnkişaf Partiyasının əsas iradı budur ki, əgər məntəqələrin yalnız bir hissəsində yenidən sayım əsasında qələbə çalan CHP namizədi Əkrəm İmamoğlunun səsləri 26 mindən 12 min nəfərə qədər düşdüsə, demək bütün məntəqələr yenidən hesablansaydı, nəticə hakim partiyanın namizədi Binəli Yıldırımın hesabına dəyişərdi. Məntiq var. Sadəcə sual olunur: Hər məntəqədə müşahidə aparan AKP nümayəndələri bu saxtakarlıqlara niyə göz yumub yekun protokollara imza atıblar?”

Politoloq bu qənaətdədir ki, YSK-nın yeni qərarı Türkiyədə gələcək seçkilərdə istənilən nəticənin şübhə altına alınmasına şərait yaradacaq: “Tam şəffaf seçkilər keçirmək çətin olacaq. İstanbulda yenidən seçki keçirmək növbəti seçkilərdə mənfi presedent yaradacaq. İkincisi, hakim partiya YSK-da da Gülən izi tapıb. İstanbul prokurorluğu YSK-da çalışan 43 nəfərin Gülən şəbəkəsi ilə bağlılığına dair cinayət işi açıb. Bununla hakim partiyanın iddiasından vahim mənzərə ortaya çıxır: Gülən şəbəkəsi Türkiyədə seçkinin nəticələrinə də təsir edəcək gücdə imiş. Görünür, YSK sədri fərqli qərar versəydi Gülən şəbəkəsinin təsiri altında olmaq şübhəsindən də çəkinə bilərdi. Beləliklə, 23 iyuna qədər Türkiyə yenidən mübarizə meydanına çevrilir. Əsas suallardan biri budur: AKP və CHP yenədəmi eyni namizədləri irəli sürəcəklər? CHP təkrar seçkiyə razılaşsa namizədi yenə Əkrəm İmamoğlu olacaq. AKP-nin namizədinin yenə Binəli Yıldırım olacağı haqqında fikir söyləmək çətindir. Əslində keçən dəfə də Əkrəm İmamoğlu Binəli Yıldırımla yox, Rəcəb Tayyib Ərdoğanla yarışdı. Bu dəfə də belə olarsa bu, o demək olacaq ki, Ərdoğan namizədlərinə güvənmir və hesab edir ki, özü meydanlarda olmasa partiyası seçkidən qələbə qazana bilməyəcək. Əslində bu həqiqətən belədir. AKP yalnız Ərdoğanın xarizması üzərində reytinqini qorumağa çalışır. Türkiyə mağdur siyasətçiləri sevir. Vaxtilə Rəcəb Tayyib Ərdoğanın elə İstanbul bələdiyə başçısı qismində mağdur duruma düşməsi və bir neçə sətrlik şeirə görə 6 ay həbsdə yatması onun ulduzunun parlamasına və cumhurbaşqanı məqamına qədər məsafə qət etməsinə yol açdı. İndi mağdur duruma Əkrəm İmamoğlu düşüb. Bəlkə də AKP özü də fərqinə varmadan Əkrəm İmamoğlunun bir siyasətçi olaraq güclənməsinə yol açır”.

“Bu qərar keçmiş AKP-çilər Əhməd Davudoğlu və Abdullah Gülün yeni partiya yaratmasını sürətləndirəcək”

Картинки по запросу Məhəmməd Əsədullazadə

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsi AKP-nin növbəti seçkilərdə məğlubiyyətinə səbəb ola bilər: “İstanbulda CHP-nin namizədinin qalib gəlməsi şübhəsiz idi. Görünür, AKP və şəxsən Ərdoğanın basqıları nəticəsində YSK nəticələri ləğv etmiş oldu. Bu qərarı Türkiyə demokratiyasına, xalqın iradəsinə zərbə kimi qiymətləndirirəm. Bu qərar AKP-nin siyasi nüfuzuna zərbə vuracaq. Ola bilsin ki, Əkrəm İmamoğlu təkarar seçkiyə buraxılmasın. Qeyd edim ki, bu qərar keçmiş AKP-çilər Əhməd Davudoğlu və Abdullah Gülün yeni partiya yaratmasını sürətləndirəcək, siyasi proseslərdə AKP-yə zərbə vuracaq. Bundan əlavə, CHP-nin ölkə üzrə siyasi reytinqi artmış olacaq”. Politoloqun sözlərinə görə, İstanbul seçkilərinin ləğvi Ərdoğanın və ətrafının bu şəhərdə böyük maliyyə imkanlarının əldə saxlanmasına hesablanıb: “Təkrar seçkilərdə AKP inzibati yollarla öz namizədini qalib elan edəcək. AKP-nin sıralarından bu qərara qarşı olanlar var. Əgər Davudoğlu partiyasını elan edərsə, o zaman narazı siyasilər AKP sıralarını tərk edib, yeni partiya sıralarına qoşulacaq”.

“23 iyunda yenə kürdlərin qərarı həlledici olacaq”

Картинки по запросу Şahin Cəfərli

Türkiyənin sənət adamlarının, eyni zamanda modellər və idmançıların Əkrəm İmamoğlunun “artıq heç kəs susmasın, hər kəs danışsın” çağırışına dəstək verdiklərini vurğulayan politoloq Şahin Cəfərli hesab edir ki, Ərdoğanın türk toplumunu kəskin şəkildə qütbləşdirən siyasəti kürdləri Türkiyə siyasətində həlledici faktora çevirib: “Biznes terminologiyası ilə ifadə etsək, “qızıl səhm” kürdlərdədir. 31 martda səsverməyə qatılan kürdlərin əksəriyyəti böyük şəhərdə İmamoğluna və ilçələrdə digər CHP namizədlərinə səs verdilər. İmamoğlunun və əhalisinin sayına görə İstanbulun 1 və 2 saylı ilçələri olan Esenyurt və Küçükçekmecedə CHP-nin qələbəsində kürdlərin mühüm rolu oldu. (Təbii ki, CHP namizədlərinə səs verən həm İyi Parti seçicilərinin, həm də az da olsa, MHP-dəki sekulyar-atatürkçü millətçilərin bir qisminin səslərinin əhəmiyyətini də qeyd etmək lazımdır.) Uzatmadan deyək ki, 23 iyunda yenə kürdlərin qərarı həlledici olacaq. Bu baxımdan, Abdulla Öcalana vəkilləri ilə 8 il sonra görüş verilməsi və onun mesajının ictimaiyyətə açıqlanması, Suriyada PYD ilə əl altından qurulan təmas, İğdır və Qarsda seçkilərin nəticələrinin ləğvinə dair MHP-nin müraciətlərinin ciddi araşdırma aparılmadan dərhal rədd edilməsi və Bahçelinin buna etiraz etməməsi təsadüf sayıla bilməz. Bunlar kürdlərin səslərini cəlb etməyə yönəlib. CHP-də isə başqan yardımçısı Sezgin Tanrıkulu (kürddür) və İstanbul təşkilatının sədri Canan Kaftancıoğlu (CHP-nin gerçək solçu qanadının liderlərindən biri) kimi kürdlərə yaxın adamlar var. Bu kanallardan İstanbul kürdləri ilə əlaqə qurulur”.

Şahin Cəfərli bildirib ki, HDP və onun ətrafındakı kürd siyasi qruplarının mövqeyinə gəldikdə isə bunların qərarları üzərində iki şəxsin – Abdulla Öcalan və Səlahəddin Dəmirtaşın təsiri böyükdür: “Son illər Dəmirtaşın Türkiyə kürdləri arasında nüfuzu çox artdı (hətta AKP-yə səs verən dindar kürdlər arasında), nəticədə o, Öcalanı kölgədə qoymağa başladı. Bu səbəblə, Türkiyədə çoxdan söz-söhbət gəzir ki, Dəmirtaşın həbsində və neytrallaşdırılmasında Öcalanın da marağı var. HDP-nin YSK qərarına ilkin reaksiyası Dəmirtaş xəttinin hələ ki üstün olduğunu göstərir. HDP qərarı siyasi təzyiqlə qəbul olunmuş qeyri-legitim və qeyri-hüquqi qərar adlandırdı”.

“Türkiyədə hələ də ayaqda olan siyasi-ictimai institutlar var deyə, tək adam rejimi diktaturaya çevrilmir, çevrilməsi də mümkün görünmür”

Картинки по запросу Natiq Cəfərli

“Hürriyyət”in məlumatına görə, Türkiyədə diktaturanın olmadığını, tək adama ayarlanmış sistemin hökm sürdüyünü deyən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə qeyd edib ki, prezidentin sərhədsiz səlahiyyətləri var: “Ən üzücü olan odur ki, bütün sistem bir şəxsin fərdi keyfiyyətlərinə görə dizayn edilib. Yəni bu fani dünyada həmin şəxsdən sonra hakimiyyətə kim gələcəksə, həmin səlahiyyətlərin sahibi olacaq və heç bir zəmanət yoxdur ki, gələn şəxs daha betər olmayacaq. Qısası, Türkiyədə sistem şəxsə görə ayarlanıb. Bu problemlidir, institutları zəiflədir, şəxsi önə çıxarır. Amma Türkiyədə hələ də ayaqda olan siyasi-ictimai institutlar var deyə, tək adam rejimi diktaturaya çevrilmir, çevrilməsi də mümkün görünmür”.

“Ərdoğan üçün İstanbul pul kəsəsi, trol ordusunun maliyyə mənbəyi, varlanmaq üçün əvəzolunmaz xəzinədir”

Похожее изображение

Beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev isə bu qənaətdədir ki, Ərdoğan üçün İstanbul pul kəsəsi, trol ordusunun maliyyə mənbəyi, varlanmaq üçün əvəzolunmaz xəzinədir: “Hələ 5-6 il əvvəl Ərdoğan diktatordur, qurduğu yeni hökumət rejimi avtoritardır deyəndə, demokratik dəyərlərə sahib olmayanlar başlayırdı ki, ay nə bilim nə, Ərdoğanı xalq seçib filan… Demokratik institutların necə işlədiyini bilənlər, Ərdoğanın demokratiya düşməni olduğunu dərhal başa düşürdü. Məsələn, Konstitusiya Məhkəməsinin ona sərf etməyən qərarları haqqında deyirdi ki, sayqı duymuram və s. Ərdoğan üçün İstanbul pul kəsəsidir, trol ordusunun maliyyə mənbəyidir, varlanmaq üçün əvəz olunmaz xəzinədir. Təbii ki, bütün diktatorlar kimi o da korrupsionerdir, üstəlik də misli görülməmiş yalançıdır. Tarixə də elə belə keçəcək – saxta diplomla prezident olub, professorları həbsxanaya dolduran birisi kimi. Sizi inandırıram ki, növbəti seçkidə o, daha böyük məğlubiyyətə məruz qalacaq. Ya da ölkəni vətəndaş müharibəsinə götürəcək”.

“Son qərar valyuta bazarına həmçinin psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır”

Картинки по запросу Vüqar Bayramov

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı ekspert Vüqar Bayramov isə hesab edir ki, Türkiyə Ali Seçki Komissiyasının İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrini ləğv etməsi qardaş ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək: “Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyi proqnozlaşdırılır. Seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə bu halda yaxın zamanlarda Türkiyə pulu “1 dollar 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər. Gözlənilir ki, son qərardan sonra qardaş ölkədə dollara tələb kəskin artacaq. Yalnız investorlar deyil, eyni zamanda əhalinin də xarici valyuta alışının çoxalacağı gözlənilir. Son qərar valyuta bazarına həmçinin psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır”.

“İmamoğlunun namizədliyinin yenidən qeydə alınmaması müxalifətlə iqtidar arasındakı mübarizəni şiddətləndirib küçə savaşı halına salacaq”

Картинки по запросу i Zeynal Əmrəliyevi

AKP-nin seçkidə FETÖ-nün barmağının olduğunu iddia etdiyini deyən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyevin sözlərinə görə, Türkiyə iqtidarının tələbindən belə çıxır ki, MİT-də (Milli Kəşfiyyat Təşkilatı) xeyli FETÖ-çü var: “Seçki bir ölkənin həyata keçirdiyi ən önəmli tədbirdir və o ölkədə iqtidarda olan hökumət seçkinin təhlükəsiz, şəffaf keçirilməsinə görə məsuliyyət daşıyır. Bu dərəcə önəmli bir seçkiyə terror təşkilatı müdaxilə edirsə, bunu qabaqcadan bilmək ölkə kəşfiyyatının, daha açığı MİT-in vəzifəsi deyilmi? Bunun ölkənin ən böyük kəşfiyyat xətalarından biri olduğunda yəqin ki, razılaşa bilərik. Bəli, həqiqətən də elədir. İqtidarın tələbindən belə çıxır ki, MİT-də xeyli FETÖ-çü var. Onlar niyə təmizlənmir? Öz vəzifəsinin öhdəsindən gələ bilməyən MİT rəhbəri niyə istefaya göndərilmir? Seçkinin düzgün keçirildiyini bəyan edən və mandatı Əkrəm İmamoğluna verən YSK niyə sonradan qərarını dəyişdi? Bu dərəcə məsuliyyətli bir işin öhdəsindən gələ bilməyən, Türkiyəni beynalxalq birliyə biabır edən YSK başqanın o vəzifədə oturmağa nə qədər haqqı var? Müxalifət seçki düzgün keçirilməyəcək deyəndə “Elə şey ola bilməz, hər şey nəzarətimiz altındadır” deyən daxili işlər naziri Süleyman Soylunun təmsil olunduğu iqdidar seçkiyə terrorçu müdaxiləsini iddia edir. Terrorçular içəridə yüz oyundan çıxanda seçkinin təhlükəsiz keçirilməsinə cavabdeh olan Soylu və onun əməkdaşları hara baxırdı? Əgər seçkiyə terrorçular müdaxilə edibsə onlar niyə təkcə böyük şəhər bələdiyyə sədrliyinə ediblər? AKP-nin qalib gəldiyi bələdiyyə məclisinə və rayon bələdiyyələrinə niyə edilməyib? Əgər YSK seçkini ləğv edirsə, İstanbulda bütün bələdiyyə institutlarına keçirilən seçkiləri ləğv etsə daha məntiqli olmazdımı?”

AKP daxilindəki bəzi qüvvələrin Əkrəm İmamoğlunu seçkiyə buraxmamaq barədə çağırışlar etdiklərini vurğulayan ekspertin bildirdiyinə görə, artıq belə bir fikir var ki, həqiqətən də YSK İmamoğlunun namizədliyini yenidən qeydə almayacaq: “CHP təbii olaraq təkrar seçkiyə İmamoğlu ilə gedəcək.AKP də böyük ehtimalla Binali Yıldırımın namizədliyini irəli sürəcək. Hərçənd, Yıldırımın son dövrlər verdiyi açıqlamalardan hiss olunur ki, artıq o, bu işə könülsüz yanaşır. Odur ki, Süleyman Soylu da istisna edilmir. Onu da qeyd edim ki, seçkinin saxtalaşdırılacağı barədə kifayət qədər iddialar var. İqtidar cəmiyyyəti seçkinin normal keçəcəyi barədə əmin etməlidir. AKP daxilindəki bəzi qüvvələr isə Əkrəm İmamoğlunu seçkiyə buraxmamaq barədə çağırışlar edir. Artıq belə bir fikir var ki, həqiqətən də YSK İmamoğlunun namizədliyini yenidən qeydə almayacaq. Bu Türkiyədə müxalifətlə iqtidar arasındakı mübarizəni şiddətləndirib küçə savaşı halına salacaq. Hətta mümkündür ki, əvvəl dövrlərdə kimi universtetlərdə də sollarla dindar kəsim arasında qarşıdurmalar yaşansın”.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle