Kadırov 19 yaşlı qızını dostunun oğluna ərə verir

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat Kadırova ailə qurur.

19 yaşlı Ayşatın ərə getdiyi şəxs özündən bir yaş kiçikdir. O həm də Çeçenistan rəhbərinin dünyasını dəyişmiş dostunun və sinif yoldaşının oğludur.

Gənclər toydan iki həftə əvvəl tanış olublar. Onlar Kadırovun iqamətgahının yaxınlığında yerləşən evdə yaşayacaqlar.

 Qeyd edək ki, Kadırovun 12 uşağı var. Ayşat Kadırova “Firdaws” Moda Evinin dizayneridir. Onun müsəlman qadını üçün hazırladığı yaz geyim kolleksiyası əvvəlcə Qroznıda, sonra isə Moskvada təqdim olunub.
Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle