Karasin: “Rusiya çalışır ki, Xəzər dənizi qarşıdurma deyil, əməkdaşlıq üçün nümunə olsun”

Rusiya çalışır ki, Xəzər dənizi qarşıdurma deyil, əməkdaşlıq üçün nümunə olsun”.

Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

O bildirib ki, Rusiya Xəzər dənizi ölkələri ilə əməkdaşlığı ən vacib məsələlərdən biri hesab edir: “Rusiya hazırda bunu həyata keçirir. Çünki Xəzər qarşıdurma deyil, əməkdaşlıq üçün nümunə olmalıdır. Biz yaxşı anlayırıq ki, dünyada hazırda dinclik hökm sürmür, qeyri-müəyyənliklər meydana çıxır. Xəzər dənizi müsbət nümunə olmalıdır. Bunun üçün bütün lazımi şərait var. Biz Xəzəryanı ölkələrə çətin problemlərin həlli üçün regionda birləşməyin mümkünlüyünü göstərmək istəyirik. Belə problemlər isə mövcuddur. Buraya ekologiya, təhlükəsizliyə təhdid və fövqəladə vəziyyətlər daxildir”.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle