mobil versiya

Gürcüstanın müdafiə naziri Azərbaycan səfiri ilə görüşüb




Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Tanışlıq xarakteri daşıyan görüşdə tərəflər Gürcüstan və Azərbaycanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq və həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

İ.Qaribaşvili Azərbaycanla hərbi sahədə əməkdaşlıqla yanaşı, bu sahədə Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlıq formatına da toxunub.
Nazir hərbi təhsil sahəsində Azərbaycanla əməkdaşlıq və təcrübə mübadiləsi barədə də danışıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov da iştirak edib.



KARUSEL / SİYASƏT
Tarix: 2-10-2019, 10:29