mobil versiya

Lalə Azərtaşdan "Kişinin ayağını da yuyacaqsan, suyunu da içəcəksən” sözlərinə REAKSİYA - VİDEO




Aparıcı Lalə Azərtaşın “Təsir dairəsi” verilişində səsləndirdiyi qalmaqallı fikirlər ölkə mətbuatının gündəmini zəbt etdi. Bir çox sosial şəbəkələrdə paylaşılaraq qınaq obyektinə çevrildi.

REPORTYOR.AZ xəbər verir ki, aparıcı səsləndirdiyi "Kişinin ayağını da yuyacaqsan, ayağının kirini, suyunu da içəcəksən” ifadəsi ilə bağlı açıqlama verməsə də, proqramın ötən gün yayımlanan buraxılışında buna eyham vuran ifadə işlədib.

Belə ki, Azərtaş proqram zamanı "El dilində bir deyim var. Elçi gedəndə deyirlər ki, gözün su içdimi? Sonra bu sözlərimi də yazmayın! Göz su içmir, məcazi mənada dedim" sözlərini söyləyib.

Azərtaşın bu fikirləri studiyadakı tamaşaçılar tərəfindən gülüşlə qarşılanıb. 

Xatırladaq ki, aparıcının "Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən” sözləri sosial şəbəkələrdə yayılaraq birmənalı qarşılanmamışdı. 


KARUSEL / ÖLKƏ
Baxılıb: 54 Tarix: 25-05-2022, 10:30



Şərh bildir
yenilə, əgər kod görünmürsə