mobil versiya

Trans doğum edərkən video paylaşdı - Görüntülər 7 milyon baxış qazandı - FOTO




Transın doğum etdiyi iddia edilib.
 
Sosial şəbəkədə aylardır hamilə olduğunu deyən Mükremin Gezgin adlı transın xəstəxanada doğum etdiyi iddia edilib. 
 
Uzun müddətdir ki ki, "TikTok” sosial şəbəkəsində qarnını göstərən videolar yayımlayan Mükremin Gezgin adlı transseksual şəxs dünən bir-birinin ardınca videolar yayımlayaraq doğum etdiyini bildirib.
 
Doğum otağından çıxarkən çəkilən videonu paylaşan fenomen sosial mediada gündəm olub.
 
Doğum otağından xərəkdə çıxarkən çəkilən videosunu paylaşan Gezgin "Xoş gəldin Onur canım", - qeydini yazıb.
 
Qısa müddətdə 7,4 milyon izlənilən fenomenin videosu Twitter-də gündəm oldu. Bununla kifayətlənməyən fenomen xəstəxana otağını bəzəyib və bir-birinin ardınca körpə ilə videolar yayımlayıb.
 
"Twitter”də gündəmə gələn videolardan sonra fenomenə və videoların çəkilməsinə icazə verən xəstəxana rəhbərliyinə reaksiyalar yağmağa başlayıb. Xəstəxananın bağlanması lazım olduğunu deyən minlərlə sosial media istifadəçisi videolardakı körpənin dövlət himayəsinə götürülməsi lazım olduğunu bildirib. (azxeber)


KARUSEL / GÜNDƏM
Tarix: 8-06-2022, 14:00