mobil versiya

“Formula-1”ə görə bağlanan yollar nə zaman açılacaq?




“Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində bağlanan prospekt və küçələr iyunun 14-ü səhər saat 10:00-dan açılacaq.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.

Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk”, - deyə məlumatda qeyd olunub.
KARUSEL / ÖLKƏ
Tarix: 13-06-2022, 14:21