mobil versiya

Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb


Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında keçirdiyi “Barış pınar”ı antiterror əməiyyatının 3-cü günü terrorçu PKK/YPG-PYD qruplaşması silahlıları ilə atışma nəticəsində 1 hərbçi şəhid olub, 3-ü yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.

Hadisə oktyabrın 11-də səhər saatlarında baş verib.

Qeyd edək ki, terrorçuların Suriya ərazisindən Türkiyənin Şanlıurfa və Mardin bölgələrinə atdığı raket və top mərmisinin partlaması nəticəsində 7 dinc sakin həlak olub, 85 nəfər yaralanıb. Ölənlərdən 2-si uşaqdır. 

KARUSEL / DÜNYA / HADİSƏ
Baxılıb: 43 Tarix: 11-10-2019, 10:30


Şərh bildir
yenilə, əgər kod görünmürsə