mobil versiya

Vilayət Eyvazovdan yeni TƏYİNAT




Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

REPORTYOR.AZ Unikal-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vİlayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Sadiq Əliyev təyinat alıb.

Qeyd edək ki, o bu təyinatadək Şirvan DYP-də baş inspektor vəzifəsində çalışıb.
KARUSEL / ÖLKƏ
Tarix: 5-09-2022, 11:30