mobil versiya

11 ayda narkotiklə bağlı 10281 cinayət qeydə alınıb


2022-ci ilin 11 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 10281 cinayət faktı aşkarlanıb.
Bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, onlardan 3367-si narkotik vasitələrin qanunsuz satışı, 6425-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 394-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

KARUSEL / HADİSƏ
Tarix: 22-12-2022, 13:31