mobil versiya

Fikrət Əmirovun 100 illik yubileyi qeyd olunub


Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Musiqi sənəti kafedrasının müəllimi Səbinə Əliyeva görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığı haqqında məlumat verib.
BXA-da bakalavr səviyyəsinin xoreoqrafiya sənəti (baletmeyster) ixtisası üzrə təhsil alan Səbinə Məmmədova bəstəkarın “1001 gecə” baletindən “Nuridənin monoloqu”nu ifa edib.
Konsertdə BXA-nın tələbə-müəllim, konsertmeyster heyətinin ifasında “Azərbaycan xalq mahnıları” əsasında 2 pyes, “Laylay”, “Rəqs”, “Kor Ərəbin mahnısı”, “Sevil” operasından fraqmentlər, “Zəriflik” rəqsi, “Mən səni araram”, “Gözəlim sənsən”, “Min bir gecə” baletindən “Oxatanların rəqsi”, “Şəhrizadın bayramı” və digər musiqi nömrələri təqdim olunub.
Konsertin təşkilatçıları orta ixtisas təhsil pilləsinin direktoru Tahir Eynullayev, İncəsənət fakültəsinin dekanı Sənan Hüseynli, BXA-nın Musiqi sənəti kafedrasının müdiri Əhsən Əhmədovdur. Konsertin musiqi tərtibatı isə BXA-nın baş müəllimi Lalə Hüseynliyə məxsusdur.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 22-12-2022, 15:26