mobil versiya

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi işdən çıxarıldı




Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib.

AzPolitika.info xəbər verir ki, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.
DGK-nin İctimaiyyətlə Əlaqələr İdarəsindənbildirilib ki, gömrük polkovniki M.Sadıqov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Qeyd edək ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvarında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.

KARUSEL / ÖLKƏ
Tarix: 27-12-2022, 14:09