mobil versiya

“Gənc istedadlar sərgisi” layihəsinə start verilir



Yanvarın 29-da Bakıdakı Rus Evində “Gənc istedadlar sərgisi” layihəsinə start veriləcək.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Xanım Tapdıqova, Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının artisti Olqa Arsentyeva, yeni başlayan rəssamlar üçün təsviri sənət müəllimi Aysel Məhərrəmovanın əsərləri nümayiş olunacaq.
Tədbir Rus Evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 19-01-2023, 14:56