“Real Madrid”in hücumçusu Vinisius Juniordan maraqlı paylaşım

Braziliyalı futbolçu tviter hesabında bu sözləri yazıb: “Madridi təmsil edən yalnız bir klub var. Bunu hamımız bilirik”.
Vinisius bu addımı ötən gün “Atletiko” azarkeşlərinin səsləndirdiyi “Madrid “Real Madrid”ə nifrət edir” şüarına cavab olaraq atıb.
Qeyd edək ki, “Real Madrid” Kral Kuboku matçında “Atletiko”nu 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Vinisius matçda üçüncü qolun müəllifi olub.
KARUSEL / İDMAN
Tarix: 27-01-2023, 13:22