mobil versiya

Deputatlar İranla parlamentlərarası qrupun buraxılmasını tələb edib



Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ləğvi təklif olunub.

Belə təkliflə Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Elman Nəsirov bildirib.
Deputat Tehrandakı səfirliyimizə hücumun beynəlxalq terror əməli olduğunu vurğulayıb: “Hədəf olaraq isə Azərbaycan dövləti, xalqı seçilib. Bu terrora cavab olaraq Azərbaycanın İrandakı səfiri geri çağırıldı. Milli Məclis də analoji addım atsın, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunu ləğv edək”.
Deputat Fəazil Ağamalı da bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə hücumu terror aktı kimi dəyərləndirilməlidir.
Deputat deyib ki, mola-fars rejimi İranda istintaqın ədalətli aparılmasına imkan verməyəcək: “Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti də cinayət işi açıb. İnanıram ki, DTX-nin araşdırması nəticəsində terror aktına görə İranın molla-fars rejiminin məsuliyyət daşıdığı əksini tapmalıdır. İranla bütün əlaqələr son qoyulmalı, layihələr dayandırılmalıdır. Eyni zamanda Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu da buraxılmalıdır”.

KARUSEL / GÜNDƏM
Tarix: 1-02-2023, 12:44