mobil versiya

Paris-2024 Yay Paralimpiya Oyunlarının təqvimi açıqlanıb



2024-cü ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq XVII Yay Paralimpiya Oyunlarının təqvimi açıqlanıb.

Avqustun 28-də paralimpiadanın rəsmi açılış mərasimi keçiriləcək.
Yarışlara isə avqustun 29-da paravelosiped, para-üzgüçülük və parataekvondo ilə start veriləcək.
Paralimpiya Oyunlarının bağlanış mərasimi sentyabrın 8-də baş tutacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları isə iyulun 26-dan avqustun 11-dək keçiriləcək.(Report)

KARUSEL / İDMAN
Tarix: 1-02-2023, 17:45