mobil versiya

Qubada “Yaşıl teatr”ın təmirinə başlanılıb


Qubadadakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən “Yaşıl teatr”ın təmirinə başlanılıb.
Təmir işləri çərçivəsində binanın fasadı, divarları, tamaşa zalı, səs və işıq sistemləri yenilənəcək.
On il əvvəl istifadəyə verilən “Yaşıl teatr” həm respublika, həm də rayon səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsi məqsədilə yaradılıb. Teatrın tamaşa zalı 1000 nəfərlikdir.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 16-03-2023, 15:29