mobil versiya

“Biz Ukraynaya həm də erkən xəbərdarlıq sistemlərinin yaradılmasında yardım təklif edirik" - Netanyahu


“İsrailli mütəxəssislər ölkəmizin zəngin təcrübəsindən istifadə edərək Ukraynaya yüksək texnologiyalı hava hücumu xəbərdarlığı sistemini yaratmağa kömək edəcəklər”.
Bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
“Biz Ukraynaya təkcə humanitar yardım deyil, həm də mülki müdafiə, erkən xəbərdarlıq sistemlərinin yaradılmasında yardım təklif edirik. İsrailin bu sahədə qabaqcıl təcrübəsi var. Bu, bütün ölkəyə və ya bütöv bölgələrə bomba sığınacaqlarında gizlənmək imkanı verir”, – Netanyahu bildirib.
KARUSEL / DÜNYA
Tarix: 16-03-2023, 19:48