XİN beynəlxalq ictimaiyyətə çağırış edib

Bunu nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.
“Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistan tərəfindən saxlanılıb.
Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıblar. Bu cür pis rəftar, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir”, - XİN rəsmisi bildirib.
KARUSEL / GÜNDƏM
Tarix: 13-04-2023, 16:45