mobil versiya

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür



Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, görkəmli şair, öz ölməz misraları ilə bütövlükdə türk dünyasının ünlü sənətkarına çevrilmiş Əhməd Cavadın anadan olmasından 131 il ötür.
O, Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış onun azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğurulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən görkəmli şair Əhməd Cavadın müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-05-2023, 10:11