mobil versiya

Azərbaycan millisinə baş məşqçi təyin olunan türk mütəxəssis ictimaiyyətə təqdim olunub



Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi postuna təyin olunan türk mütəxəssis Ataman Güneyligil mayın 16-da ictimaiyyətə təqdim olunub.
41 yaşlı təcrübəli mütəxəssis Türkiyənin qadınlardan ibarət U-20 və U-23 yığmalarında, eləcə də müxtəlif klublarda çalışıb, bir sıra nailiyyətlər əldə edib.
Ataman Güneyligilin rəhbərliyi altında Türkiyənin U-23 komandası 2017-ci ildə dünya çempionatında qızıl, ölkənin əsas yığması isə “Yeltsin kuboku”nda bürünc medal qazanıb.
Azərbaycan Voleybol Federasiyası məşqçi ilə üç aylıq müqavilə imzalayıb.

KARUSEL / İDMAN
Tarix: 16-05-2023, 17:27