mobil versiya

“Whatsapp” tətbiqi vasitəsilə bonus qazanmaq adı ilə mesajlar göndərilir - DİQQƏTLİ OLUN!


“Whatsapp” tətbiqi vasitəsilə vətəndaşlara iş tapmağı və 10 azn bonus qazanmağı vəd edən mesajlar göndərilir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, bu kimi mesajların tərkibindəki qeyd olunan veb ünvanlara daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 17-05-2023, 15:02