mobil versiya

Heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb



Mayın 18-də respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron rayonunda bir sıra nöqsanlar aşkar olunub.
Agentliyin məlumatına görə, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 10 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 2 heyvan kəsim məntəqəsində yenidən bərpa edilmiş qurğular sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/4320 linkində tanış olmaq olar.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 19-05-2023, 18:05